Bakıda hamam yanıb, bir nəfər tüstüdən zəhərlənib

Bakıda hamam yanıb, bir nəfər tüstüdən zəhərlənib

Bakıda hamam yanıb, bir nəfər tüstüdən zəhərlənib.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, Suraxanı rayonunda ümumi sahəsi 600 m² olan hamamın soyunub-geyinmə və sauna otağının yanar konstruksiyaları 70 m² sahədə yanıb.

Hamamın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.