Gəncə Dövlət Filarmoniyasında ilk dəfə "Bahar və buz qızı" nağıl şousu təqdim olunub

Gəncə Dövlət Filarmoniyasında ilk dəfə "Bahar və buz qızı" nağıl şousu təqdim olunub

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Novruz bayramı münasibətilə ssenari müəllifi Əməkdar artist Ramil Qasımova məxsus fantastik, milli, müasir hazırlanan "Bahar və Buz qızı" uşaq nağıl şousu nümayiş etdirilib.

Filarmoniyanın mətbuat xidmətindən Birxeber.Az-ya verilən xəbərə görə, Gəncənin gənclərindən ibarət aktyorlar - Ürfanə Əzimova, Aysu Kərimova, Ceyhun Qurbanov, Rəsul Quliyev, Tofiq Quliyev, Ruslan Bayramov, Amin Hüseynov, Almas Qasımova çıxış ediblər.

Nağıl şouda Buz kraliçasının sifarişi ilə Doktor Jon tərəfindən oğurlanan Bahar qızını dostları Səbiş və Aquş xilas edir.

Tamaşa uşaqlar tərəfindən böyük maraqla qarşılanıb və onlara xoş təəssürat bağışlayıb.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist İnarə Babayevadır.