Bərdədə avtomobil yolun kənarındakı iki avtomobilə çırpılıb, 3 nəfəri vurub - VİDEO - YENİLƏNİB

Bərdədə avtomobil yolun kənarındakı iki avtomobilə çırpılıb, 3 nəfəri vurub  - VİDEO - YENİLƏNİB

Xəbərə video əlavə edilib.

***

saat 15.57

Bərdədə 4 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, hadisə rayonun Lək kəndində qeydə alınıb.

“09-BT-866” dövlət qeydiyyat nişanlı “VAZ-21011” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yol kənarında dayanmış 2 minik avtomobilini və 3 nəfəri vurub. Hadisə nəticəsində avtomobildə olan sərnişinlə bərabər 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.