Türkiyədə yük maşını mikroavtobusla toqquşub, 5 nəfər ölüb

Türkiyədə yük maşını mikroavtobusla toqquşub, 5 nəfər ölüb

Türkiyədə ağır qəza olub.

Birxeber.Az-nın “Hurriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 10.30-da Tekirdağın Saray rayonunda yük maşını mikroavtobusla toqquşub.

Nəticədə 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

Kamera görüntülərində yük maşınının sürücüsünün yolu qırmızı işıqda keçdiyi və yolu yaşıq işıqda keçən mikroavtobusa yandan çırpıldığı görünür.

Faktla bağlı araşdırma aparılır.