"Napoli" İngiltərə klubunun futbolçusunu icarəyə götürüb

"Napoli" İngiltərə klubunun futbolçusunu icarəyə götürüb

İtaliyanın "Napoli" klubu heyətinə yeni futbolçu cəlb edib.

"Birxeber.Az"un məlumatına görə, İngiltərə təmsilçisi "Aston Villa"dan Leander Dendonker icarəyə götürülüb.

28 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər Neapol təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Dendonker "Aston Villa"nın heyətində cari mövsümdə keçirdiyi 15 matçda 1 qolla yadda qalıb.