Qazaxda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var 

Qazaxda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var 

Qazax rayonunun Aslanbəyli kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, "VAZ-2107" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı dirəyə çırpılması nəticəsində 2003-cü il təvəllüdlü K.Həsənov və 2002-ci il təvəllüdlü S.Misirməmmədov xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.