Konqo ordusu üsyançılarla qızğın döyüşlər aparır

Konqo ordusu üsyançılarla qızğın döyüşlər aparır

Konqo Demokratik Respublikasının hökumət qüvvələri ilə ölkənin şərqindəki Bihambve şəhəri yaxınlığında “23 Mart Hərəkatı” qruplaşmasının üsyançıları arasında son 24 saat ərzində qızğın döyüşlər gedir.

"Birxeber.Az"un məlumatına görə, bu barədə Konqonun "Okapi" radiostansiyası xəbər yayıb.

Qeyd edilir ki, ordu bölmələri üsyançı qrupları Bihambve yaxınlığında yerləşən Buquri və Kagundu kəndlərindən sıxışdırıb çıxarmağa çalışır. Onlar indiyədək yaraqlıların müdafiəsini yara bilməyiblər.

Üsyançıların bu həftənin əvvəlində hökumət qüvvələrini geri çəkməyə çalışdığı Sake şəhəri ərazisində də ağır vəziyyət davam edir. Yaraqlıların bütün hücumları dəf edilib, lakin onlar Şimali Kivu əyalətinin paytaxtı Qoma şəhərinə birbaşa yol açan bu əsas şəhəri ələ keçirmək planlarından hələ də əl çəkməyiblər.