Zaxarova: Moskva və İrəvan Rusiya kanallarının yayımı ilə bağlı vəziyyətin həllini müzakirə edirlər

Zaxarova: Moskva və İrəvan Rusiya kanallarının yayımı ilə bağlı vəziyyətin həllini müzakirə edirlər

Moskva və İrəvan Rusiya kanallarının yayımı ilə bağlı vəziyyətin həllini müzakirə edirlər.

“Report” xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz bu məsələ ilə bağlı Ermənistan tərəfi ilə əlaqə saxlayırıq, məsləhətləşmələr aparırıq, fikir mübadiləsi yekunlaşmayıb. Bu məsələ ilə bağlı İrəvanla sıx əlaqədəyik”, - o bildirib.

Onun sözlərinə görə, birgə vəzifə bütün mövcud problemli məsələləri qarşılıqlı hörmət əsasında həll etməkdir: “Bu cür təmaslarda iştirak edən nümayəndələr məhz buna diqqət yetirməlidirlər".

M.Zaxarova bildirib ki, Ermənistan tərəfinin Rusiya kanallarının yayımını kəsə biləcəyini düşünmür.