Türkiyədə mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib

Türkiyədə mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib

Türkiyədə daha bir mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.

“Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

O bildirib ki, mütəşəkkil cinayətkar qrupa qarşı əməliyyat ölkənin 7 vilayətində eyni vaxtda keçirilib.

Qeyd edilib ki, liderləri Özay Çetin və Mert Çetin də daxil olmaqla, ümumilikdə 109 qrup üzvü saxlanılıb.