Bakıda keçmiş məhkumdan 3 qumbara götürülüb

Bakıda keçmiş məhkumdan 3 qumbara götürülüb

Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amin Çərkəzov saxlanılıb.

Birxeber.Az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, ondan 3 ədəd “F-1” qumbarası aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.