Bakıda avtobus qəzaya uğrayıb, yaralanan var

Bakıda avtobus qəzaya uğrayıb, yaralanan var

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Birxeber.Az"un məlumatına görə, 104 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu digər bir avtomobillə toqquşub.

Hadisə zamanı avtobusda olan sərnişin 1988-ci il təvəllüdlü Əsgərova Şəbnəm xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.