Bakıda bir nəfərin 25 min manatı oğurlanıb

Bakıda bir nəfərin 25 min manatı oğurlanıb

Bakıda külli miqdarda pul oğurlanıb.

DİN-dən Birxeber.Az-ya verilən məlumata görə, yanvarın 25-də Nərimanov rayonu ərazisində bir nəfərin 25.000 manat pulunun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Ağstafa rayon sakini Elfaq Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.