Lənkəranda 22 yaşlı qadın hamam otağında ölüb

Lənkəranda 22 yaşlı qadın hamam otağında ölüb

Lənkəranda bədbəxt hadisə baş verib.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Nüvədi kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü Səkinə Balağa qızı Məmmədova hamam otağında huşsuz vəziyyətdə tapılıb.

S.Məmmədova ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər bildirir ki, o, xəstəxanaya gətirilərkən yolda ölüb.

Yaxınları onun epilepsiya xəstəliyinin olduğunu deyirlər.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.