Ukraynanın Baş naziri: Kiyev apreldə kifayət qədər döyüş sursatı alacağını gözləyir

Ukraynanın Baş naziri: Kiyev apreldə kifayət qədər döyüş sursatı alacağını gözləyir

Ukrayna aprel ayında kifayət qədər döyüş sursatı alacağını gözləyir.

“Birxeber.Az” xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal Lüksemburqda bildirib.

Qeyd edək ki, martın 20-də D.Şmıqal Brüsseldə Aİ-Ukrayna Assosiasiya Şurasının iclasında iştirak edəcək.

Daha əvvəl Avropa Komissiyası təsdiqləyib ki, Brüsselin Ukraynaya 2023-cü il martın 20-dən 2024-cü il martın 19-dək olan müddətdə 1 milyon döyüş sursatı tədarük etməyə dair vədi yerinə yetirilməyib və martın sonuna qədər çatdırılan mərmilərin həcmi təxminən 500 min təşkil edəcək.