Kristian Eriksen "Mançester Yunayted"dəki durumundan narazıdır

Kristian Eriksen "Mançester Yunayted"dəki durumundan narazıdır

Danimarkalı futbolçu Kristian Eriksen "Mançester Yunayted"dəki durumundan narazıdır.

"Report" xəbər verir ki, bu barədə "Tipsbladet" nəşri məlumat yayıb.

“Oynamamağımdan narazı olduğumu bildirmişdim. Amma bu məni gecələr oyaq saxlayan vəziyyət də deyil. Komanda oynayır və mən öz roluma hörmət etməliyəm.
Baş məşqçi Erik ten Haq ilə söhbət etdim ki, hazırkı vəziyyətdən narazıyam və mümkün qədər çox oynamaq istərdim”, - deyə K.Eriksen bildirib.

Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi “Mançester Yunayted”in heyətində 21 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. O, 2022-ci ilin yayından mankunianlıların heyətində çıxış edir. Eriksenin klubla müqaviləsinin müddəti 2024/25 mövsümünün sonunda başa çatacaq.