Goranboyda maşın divara çırpılıb, ölən var

Goranboyda maşın divara çırpılıb, ölən var

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Nadirkənd kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını divara çırpılıb. Nəticədə maşında olan sərnişin 1987-ci il təvəllüdlü Natiq Abdıyev hadisə yerində ölüb.

Sürücü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.