Azərbaycana gətirilən düyünün idxal qiyməti 22% artıb

Azərbaycana gətirilən düyünün idxal qiyməti 22% artıb

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana 15 milyon 303 min dollar dəyərində 14 min 421 ton düyü idxal edilib.

Birxeber.Az-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 9.6% və ya 1 milyon 346 min dollar artıb, həcm baxımından isə 10.1% və ya 1627 ton azalıb. Ötən ilin yanvar-fevral aylarında Azərbaycana 13 milyon 957 min dollar dəyərində 16 min 48 ton düyü idxal edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycana gətirilən düyünün 1 kiloqramının orta idxal qiyməti illik müqayisədə 22% artaraq 1.8 manat təşkil edib.

Xatırladaq ki, bu ilin ilk iki ayında düyü idxalı Azərbaycanın ümumi idxalının 0,63%-nə bərabər olub.