Putin satqınların cəzalandırılması ilə bağlı göstəriş verib

Putin satqınların cəzalandırılması ilə bağlı göstəriş verib

Rusiya Prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinə satqınları üzə çıxarmaqla bağlı tapşırıq verib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilib ki, ölkə lideri satqınların adbaad müəyyənləşdirilməsi və cəzalandırılmaları ilə bağlı tapşırıq verib.

V.Putin, həmçinin diversiya və terrorçu qrupların Rusiya ərazisinə soxulmaq cəhdlərinə diqqət çəkib: “Onları müəyyənləşdirmək və harada olmalarından asılı olmayaraq cəzalandırmaq lazımdır”.