ABŞ müdafiə naziri: Ukrayna qoşunları ağır döyüşlərlə üz-üzədir

ABŞ müdafiə naziri: Ukrayna qoşunları ağır döyüşlərlə üz-üzədir

“Birləşmiş Ştatlar Ukraynanın uğursuzluğa düçar olmasına imkan verməyəcək”.

Birxeber.Az "Associated Press"ə istinadən xəbər verir ki, bunu Almaniyadakı Ramşteyn Hava Bazasında Avropa və dünyanın 50-dən çox müdafiə nazirinə müraciət edən ABŞ müdafiə naziri Lloyd Ostin bildirib.

“Bu koalisiya, azad dünya Ukraynanın iflasa uğramasına imkan verməyəcək”, - o qeyd edib.

Açılış nitqində Ostin Rusiyanın müharibəyə görə "ağır bədəl" ödədiyini, 211 milyard dollara başa gələn müharibədə ən azı 315 000 rus əsgərinin öldürüldüyünü və ya yaralandığını bəyan edib.

“Ukrayna qoşunları ağır şəraitdə və ağır döyüşlərlə üz-üzədir. Ukraynanın mülki əhalisi isə Rusiya raketlərinin və İranın pilotsuz uçuş aparatlarının davamlı atəşinə dözür. Ancaq Ukrayna geri çəkilməyəcək. Nə də ABŞ bunu edəcək”.

Qeyd edək ki, Almaniyanın Ramşteyn aviabazasında Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun növbəti iclası keçirilir.