İsrail ordusunun Rəfahda hərbi əməliyyatlara başladığı bildirilir

İsrail ordusunun Rəfahda hərbi əməliyyatlara başladığı bildirilir

İsrail ordusu Rəfah bölgəsində hərbi əməliyyatlara başlayıb.

APA xəbər verir ki, bu barədə Fələstin Dövlətinin xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə Nazirliyi “X“ platformasındakı hesabında bəyanat yayıb.

Qeyd edilib ki, “İsrail tərəfi heç bir açıqlama vermədən, icazə gözləmədən, beynəlxalq reaksiyalardan qaçmaq üçün Rəfah bölgəsinə hücuma başlayıb və orada mülki obyektlər bombardman edilir”.

Bildirilib ki, hücum nəticəsində son 24 saat ərzində 93 nəfər həlak olub.