NATO-nun Baş katibi: Bakı və İrəvan dayanıqlı sülhə nail ola bilər

NATO-nun Baş katibi: Bakı və İrəvan dayanıqlı sülhə nail ola bilər

Azərbaycan və Ermənistanın hazırda dayanıqlı sülhə nail olmaq imkanı var.

“Birxeber.Az” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında deyib.

Y.Stoltenberq rəsmi Bakı və İrəvanı sülh sazişi imzalamağa çağırıb:

“Hər iki ölkəni münasibətləri normallaşdırmağa və bu iki xalq üçün dayanıqlı sülhə yol açan razılaşma əldə etməyə çağırıram”.