Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 45-ci iclası keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 45-ci iclası keçirilib

21 dekabrda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının video-konfrans formatında 45-ci iclası keçirilib.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, QDİƏT-in Fəaliyyətdə olan Sədri, Moldovanın xarici işləri Nicolae Popeskunun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev iştirak edib.

İclasda çıxış edən nazir müavini Fariz Rzayev tədbir iştirakçılarına Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri, Azərbaycan tərəfindən regionda sülhün təmin edilməsi istiqamətində səylər, işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib. O, işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsi, Ermənistan istehsalı olan minaların Laçın dəhlizindən istifadə etməklə Azərbaycan ərazisinə keçirilməsi, regional təhlükəsizlik və digər məsələlərə dair Azərbaycanın mövqeyini iştirakçıların diqqətinə çatdırıb.

Azərbaycanın QDİƏT-in Mədəniyyət, İnformasiya və Kommunikasiya Texnologiyaları, İnstitusional İslahatlar və Yaxşı İdarəçilik, eləcə də Kiçik və Orta Müəssisələr üzrə İşçi Qruplarında əlaqələndirici-ölkə rolunu həyata keçirdiyi qeyd edilib. Ölkəmizin eyni zamanda, 2023-cü ilin 1 yanvar tarixindən etibarən 2 il müddətinə (2023-2024) QDİƏT-in Turizm üzrə Əməkdaşlığa dair İşçi Qrupunda əlaqələndirici-ölkə rolunda çıxış edəcəyi diqqətə çatdırılıb.

İclasın yekununda protokol və bir sıra vacib qərarlar qəbul olunub və sədrlik Serbiyaya təhvil verilib.

Xarici siyasət Xarici siyasət
Ərdoğan: "Belə bir çətin gündə Azərbaycan Türkiyənin yanındadır"

Ərdoğan: "Belə bir çətin gündə Azərbaycan Türkiyənin yanındadır"

Xarici siyasət Xarici siyasət
Prezident Salome Zurabişvili Azərbaycan liderini təbrik edib

Prezident Salome Zurabişvili Azərbaycan liderini təbrik edib

Xarici siyasət Xarici siyasət
İlham Əliyev: "Müharibədən sonrakı iki il ərzində Ermənistan görməli olduğu işlərin heç birini görməyib"

İlham Əliyev: "Müharibədən sonrakı iki il ərzində Ermənistan görməli olduğu işlərin heç birini görməyib"

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Əlcəzair arasında iki sənəd imzalanıb

Azərbaycan və Əlcəzair arasında iki sənəd imzalanıb

Xarici siyasət Xarici siyasət
Nazir: “Britaniya Azərbaycanda ən mühüm investordur”

Nazir: “Britaniya Azərbaycanda ən mühüm investordur”

Xarici siyasət Xarici siyasət
Özbəkistan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

Özbəkistan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

Xarici siyasət Xarici siyasət
Fransa Azərbaycana yeni səfir təyin edib

Fransa Azərbaycana yeni səfir təyin edib

Xarici siyasət Xarici siyasət
XİN: "İndiyə qədər Türkiyədə 2 nəfər Azərbaycan vətəndaşı haqqında hələ də məlumat əldə etmək mümkün olmayıb"

XİN: "İndiyə qədər Türkiyədə 2 nəfər Azərbaycan vətəndaşı haqqında hələ də məlumat əldə etmək mümkün olmayıb"

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Kamboca parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Kamboca parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb

Xarici siyasət Xarici siyasət
Leyla Abdullayeva Fransanın “Le Monde” qəzetini tənqid edib

Leyla Abdullayeva Fransanın “Le Monde” qəzetini tənqid edib

Xarici siyasət Xarici siyasət
Gəncədən növbəti humanitar yardım karvanı Türkiyəyə yola salınıb

Gəncədən növbəti humanitar yardım karvanı Türkiyəyə yola salınıb

Xarici siyasət Xarici siyasət
Türkiyənin vitse-prezidenti: "Məqsədimiz regionda sabitliyin təmin olunmasıdır"

Türkiyənin vitse-prezidenti: "Məqsədimiz regionda sabitliyin təmin olunmasıdır"