"Qəbələ" İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb

"Qəbələ" İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb

“Qəbələ” İdman Klubu və MMA döyüşçüsü Ramin Sultanov arasında müqavilə imzalanıb.

Klubun mətbuat xidmətindən "Birxeber.Az"a verilən məlumata görə, idmançı ilə anlaşmanın müddəti 1 ili əhatə edir.

Sultanov yüngül çəkidə “Eagle FC” çempionudur. O, bu kəmərə 2023-cü ilin noyabrında sahib olub.

Peşəkar karyerasına 2019-cu ildə başlayan idmançı indiyədək 10 döyüş keçirib. Onun hesabında 9 qələbə var.