Bakı Dövlət Sirki Novruz tətilində fəaliyyət göstərməyəcək

Bakı Dövlət Sirki Novruz tətilində fəaliyyət göstərməyəcək

Novruz tətili günlərində Bakı Dövlət Sirkində proqram nəzərdə tutulmayıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Sirkdən məlumat verilib.

Bildirilib ki, Bakı Dövlət Sirkində təhlükəsizlik tədbirləri məqsədilə bir müddət əvvəl başlanan təmir hələ yekunlaşmayıb: “Buna görə də sirkin yaz mövsümündə fəaliyyəti gözlənilmir”.

Sirkdən o da əlavə olunub ki, payız-qış mövsümü ilə əlaqədar hələlik yekun söz demək mümkün deyil.