"Spartak"ın futbolçusu "Neftçi" ilə oyunu buraxacaq

"Spartak"ın futbolçusu "Neftçi" ilə oyunu buraxacaq

Rusiyanın "Spartak" klubunun futbolçusu Teo Bonqonda Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri yoldaşlıq oyununda iştirak edə bilməyəcək.

"Birxeber.Az" “Metaratings” nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı vinger hələ də ümumi qrupda məşqlərə qatılmayıb.

Belçikalı oyunçudan başqa, demək olar ki, bütün futbolçuların "ağ-qaralar"a qarşı oynamağa hazır olduğu bildirilib.

Moskva təmsilçisi martın 22-nə kimi Tarasovkadakı bazada sözügedən matça hazırlaşacaq. Gilyermo Abaskalın baş məşqçisi olduğu kollektiv burada mini təlim-məşq toplanışı keçəcək.

Qeyd edək ki, martın 23-də reallaşacaq "Neftçi" - "Spartak" görüşü saat 18:00-da başlayacaq.