Şimali Koreya Rusiyaya minlərlə konteyner sursat göndərib

Şimali Koreya Rusiyaya minlərlə konteyner sursat göndərib

Şimali Koreya 2023-cü ildən bəri xüsusi hərbi əməliyyata kömək etmək məqsədilə Rusiyaya təxminən 7 min konteyner sursat və digər hərbi texnika göndərib.

Birxeber.Az xəbər verir ki, bu barədə Cənubi Koreyanın müdafiə naziri Şin Von-Sik məlumat verib.

Məlumatı “Associated Press” (AP) yayıb.

Yanvarın əvvəlində “The Washington Post” Ağ Evin anonim rəsmilərinə istinadən yazıb ki, Rusiya Şimali Koreyanın Ukraynaya verdiyi ballistik raketlərdən atəş açmağa başlayıb.