Azərbaycan məhkəmələrində bəraət alanların sayı artıb

Azərbaycan məhkəmələrində bəraət alanların sayı artıb

Ötən il birinci instansiya məhkəmələri tərəfindən 15344 iş üzrə yekun qərar verilib.

Birxeber.Az xəbər verir ki, bunu Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, həmin işlərdən 13564-i barəsində ittihamedici hökm qəbul edilib: “1589 iş üzrə xitam, 155 iş üzrə bəraət qərarı verilib. 29 iş üzrə tibbi xarekterli məcburi tədbiqi, 7 iş üzə isə tərbiyəvi xaraktlerli məcburi tədbiq edilib. Hesabat dövründə 281 şəxs barəsində 225 işdən 4 şəxs barəsində məhkəmə tərəfindən cinayət təqibinə bəraətverici əsasla xitam verilib.

Qeyd olunub ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bəraət alan şəxslərin sayı 79 vahid artıb.

Hesabat dövründə əlavə olaraq hərbi prokurorluq orqanları tərəfindən məhkəməyə göndərilmiş 5 iş üzrə 6 şəxs barəsində bəraət hökmü çıxarılıb, 1 iş 1 şəxs barəsində icraata bəraətverici əsasla xitam verilib”.