Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, “Kia” və “Ravon” markalı minik avtomobillərinin toqquşması nəticəsində avtomobillərə ziyan dəyib, bir nəfər yüngül xəsarət alıb.

Qəza Cavadxan küçəsində qeydə alınıb. Əraziyə polis əməkdaşları cəlb edilib.

Qəzaya uğrayan avtomobillər yoldan götürülüb.

Faktla bağlı araşdırma aparılır.