Stoltenberq: Azərbaycanın əməkdaşlıq və siyasi dialoqu gücləndirmək sahəsində oynadığı rolu alqışlayırıq

Stoltenberq: Azərbaycanın əməkdaşlıq və siyasi dialoqu gücləndirmək sahəsində oynadığı rolu alqışlayırıq

Biz bir sıra sahələrdə praktiki əməkdaşlıq və siyasi dialoqu gücləndirmək sahəsində Azərbaycanın oynadığı rolu alqışlayırıq.

"Birxeber.Az" xəbər verir ki, bu fikri NATO-nun Baş katibi Yens Stoltenberq xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq martın 18-də Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibəsində deyib.

Baş katib qeyd edib ki, Azərbaycan NATO üçün vacib və dəyərli tərəfdaşdır:

"Bunun bir çox səbəbləri var. Biz bu il əməkdaşlığımızın 30 illiyini qeyd edirik. Bu illər ərzində Azərbaycan NATO-nun bir sıra missiya və əməliyyatlarında iştirak edib. Uzun illər Azərbaycan da NATO-nun Kosovo və Əfqanıstandakı missiyalarına töhfə verib. Mən Əfqanıstanda olarkən azərbaycanlı əsgərlərlə görüşmüşəm və onların peşəkarlığının və fədakarlığının şahidi olmuşam. Azərbaycan hərbçiləri xüsusilə Əfqanıstandakı missiyanın sonlarına yaxın səfirliyi və hava limanını qorumaqda böyük rol oynayıb və yüz minlərlə insanın Kabil hava limanından təxliyəsində bizə kömək göstərib. Beləliklə, ərazini ABŞ və bir sıra digərləri ilə birlikdə tərk edən son hərbçilər azərbaycanlılar olublar".

Y.Stoltenberq vurğulayıb ki, NATO uzun illər bir sıra müxtəlif məsələlərdə Azərbaycanla əməkdaşlıq edib və hazırda əməkdaşlığı daha da inkişaf etdirməyin yolları üzərində işləyir.