Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması qaydaları dəyişib

Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması qaydaları dəyişib

Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydalarında dəyişiklik edilib.

Birxeber.Az xəbər verir ki, qərara əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkəyə idxal edilən RV-lər barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin informasiya sistemlərindən aşağıdakı məlumatları real vaxt rejimində əldə edir:

-. məhsulun bəyan edilmə tarixi;

-. məhsulun xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu;

-. məhsul partiyasının qeydiyyat kodu;

-. məhsulun təsviri;

- məhsulu idxal edən şəxs barədə məlumat (hüquqi şəxsin adı, fiziki şəxsin soyadı, adı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN).

Nazirlər Kabinetindən Birxeber.Az-ya verilən şərhdə bildirilib ki, Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Nazirlər Kabineti qərarının telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılmasına, sertifikatlaşdırılmamış telekommunikasiya vasitələri və qurğularının ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadəsinin qarşısının alınmasına nəzarətin gücləndirilməsi məqsədilə hazırlanıb. Qərarın qəbulu ilə telekommunikasiya vasitələri və qurğularının ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadəsinin daha səmərəli təşkilinə, habelə Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması üzrə prosedurların təkmilləşdirilməsinə xidmət edəcək.