AGF-nin baş katibi Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Gimnastikas Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşüb.
AGF-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, toplantı qurumun ofisində baş tutub.
Görüşdə Azərbaycanla Meksika arasında gimnastika sahəsində ikitərəfli əməkdaşlıq müzakirə olunub.