"Neftçi"nin Moskva "Spartak"ı ilə yoldaşlıq matçının biletləri satışa çıxarılıb

"Neftçi"nin Moskva "Spartak"ı ilə yoldaşlıq matçının biletləri satışa çıxarılıb

"Neftçi"nin Rusiya təmsilçisi "Spartak" (Moskva) ilə keçirəcəyi yoldaşlıq matçının biletləri satışa çıxarılıb.

"Report"un klubun mətbuat xidmətinə istinadən məlumatına görə, biletlərin qiyməti 2-15 manat aralığında dəyişir.

Matç üçün biletləri "İtickets" satış platformasından əldə etmək mümkündür.

Qeyd edək ki, "Neftçi" və "Spartak" arasında keçiriləcək yoldaşlıq görüşü martın 23-də, saat 18:00-da başlayacaq.