Birxeber.az / "Neftçi"nin Moskva "Spartak"ı ilə yoldaşlıq matçının biletləri satışa çıxarılıb

"Neftçi"nin Moskva "Spartak"ı ilə yoldaşlıq matçının biletləri satışa çıxarılıb

18-03-2024, 16:40

"Neftçi"nin Rusiya təmsilçisi "Spartak" (Moskva) ilə keçirəcəyi yoldaşlıq matçının biletləri satışa çıxarılıb.

"Report"un klubun mətbuat xidmətinə istinadən məlumatına görə, biletlərin qiyməti 2-15 manat aralığında dəyişir.

Matç üçün biletləri "İtickets" satış platformasından əldə etmək mümkündür.

Qeyd edək ki, "Neftçi" və "Spartak" arasında keçiriləcək yoldaşlıq görüşü martın 23-də, saat 18:00-da başlayacaq.

Geri qayıt