Naxçıvanda orta aylıq əməkhaqqı 18 %-dən çox artıb 

Naxçıvanda orta aylıq əməkhaqqı 18 %-dən çox artıb 

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 742,3 manat olub.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, bu da 2023-ci ilin yanvar ayına nisbətən 18,5 % çoxdur.