NBA-da yeni rekord qeydə alınıb

NBA-da yeni rekord qeydə alınıb

ABŞ-nin "Mayami" klubunun oyunçusu Dunkan Robinson Milli Basketbol Assosiasiyasında (NBA) yeni rekorda imza atıb.

"Birxeber.Az" xəbər verir ki, 29 yaşlı idmançı buna "Detroyt Pistons"a 104:101 hesabı ilə qalib gəldikləri matçda nail olub.

O, NBA tarixində 1000 dəfə dəqiq 3 xallıq atış həddinə ən tez çatan basketbolçudur. Robinson 343-cü qarşılaşmada bunu bacarıb.

Daha əvvəl bu göstəricidə Baddi Hild (350 oyun) birinci idi.