Ötən il şəhid ailəsi üzvləri üçün yaradılan təsərrüfatların sayı açıqlanıb

Ötən il şəhid ailəsi üzvləri üçün yaradılan təsərrüfatların sayı açıqlanıb

Ötən il 339 şəhid ailəsinin üzvü üçün kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlar yaradılıb.

Bu barədə "Birxeber.Az"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, 2023-cü ildə özünüməşğulluq proqramına ümumilikdə 17,4 min şəxs cəlb olunub.

Həmin şəxslərdən 339 nəfəri şəhid ailələrinin üzvləri, 1695 nəfəri müharibə iştirakçıları, 1408 nəfəri əlilliyi olan, o cümlədən 320 nəfəri müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, 1246 nəfəri keçmiş məcburi köçkünlər, 2973 nəfəri gənclər olub.