Mbappe PSJ-nin heyətində yubiley qoluna imza atıb

Mbappe PSJ-nin heyətində yubiley qoluna imza atıb

Kilian Mbappe PSJ klubunun heyətində yubiley qoluna imza atıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Fransa millisinin üzvü Fransa çempionatının 26-cı turunda keçirilən "Monpelye" ilə matçda 250-ci qolunu vurub.

Sözügedən görüşdə Mbappe het-trikə imza ataraq komandasının 6:2 hesablı qələbəsində böyük pay sahibi olub. 25 yaşlı oyunçu hazırda PSJ tarixinin ən çox qol vuran oyunçusudur. 297 matçda 250 dəfə rəqib qapılarına yol tapan hücumçu PSJ-nin sabiq üzvləri Edinson Kavani (200 qol) və Zlatan İbrahimoviçi (156 qol) qabaqlayır.

Qeyd edək ki, 2018-ci ildən PSJ-nin uğurları üçün çalışan Mbappe bu mövsüm 37 matçda 38 qol vurub və 8 məhsuldar ötürmə edib.