Avstriya XİN: Hərbçilərin Ukraynaya göndərilməsi Vyana üçün qəbuledilməzdir

Avstriya XİN: Hərbçilərin Ukraynaya göndərilməsi Vyana üçün qəbuledilməzdir

Vyana öz neytrallığını qoruyaraq Ukrayna ərazisinə hərbi personal göndərməyi planlaşdırmır.

APA-nın məlumatına görə, bunu Avstriya Xarici İşlər Nazirliyinin rəhbəri Aleksandr Şallenberq deyib.

Onun fikrincə belə müzakirələrə ehtiyac yoxdur və Vyana neytrallığa sadiq qalacaq.

Nazir əlavə edib ki, Avstriya Ukraynaya hərbi personal, hərbi material, silah və ya sursat göndərməyəcək.

Şallenberq Şimali Atlantika Alyansında bu məsələdə konsensusun olmadığını vurğulayıb.