İki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

İki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Milli Məclisin Elm və təhsil komitəsinin videokonfrans formatında iclası keçirilib.

Bu barədə "Report"a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Komitə sədri Bəxtiyar Əliyev iclasın gündəliyinə iki məsələnin daxil olduğunu deyib.

Komitə sədri əvvəlcə, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. Bildirib ki, layihəyə komitə iclaslarında və plenar iclaslarda birinci və ikinci oxunuşlarda baxılıb. Hər hansı əlavə və dəyişiklik təklif olunmayıb.

Sənəd Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən hazırlanıb.

Komitə üzvləri qanun layihəsini üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Sonra Bəxtiyar Əliyev “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və “ Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O diqqətə çatdırıb ki, sənəd 2019-cu il 22 oktyabr tarixdə qəbul edilmiş “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” Qanunun icrası ilə əlaqədar hazırlanıb. Buna uyğun olaraq, layihədə adları çəkilən qanunlarda müvafiq dəyişikliklər təklif olunur.
Bildirilib ki, qeyd edilənlərlə bağlı “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlara eyni məzmunlu yeni maddələrin əlavə olunması nəzərdə tutulub.

Əlavələrə əsasən, ümumi təhsil müəssisələri tərəfindən yetkinlik yaşına çatmayanların öz inkişaf səviyyələrinə uyğun cinsi istismar və cinsi zorakılıq təhlükələri, habelə özünü müdafiə vasitələri barədə məlumat almaları təmin edilir. Bu zaman onlara cinsi tərbiyəyə dair ümumi məlumat verilir, təhlükəli vəziyyətlərə, xüsusilə yeni informasiya və kommunikasiya texnologiyalarından istifadədən irəli gələn hallara xüsusi diqqət yetirilir. Belə məlumatların təqdim edilməsinə yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri cəlb edilə bilərlər. Habelə, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.

Komitə üzvü Ceyhun Məmmədov çıxış edərək, təklif olunan dəyişikliklərin məqsədəmüvafiq olduğunu söyləyib. O, bu sahədə təbliğat və maarifləndirmə tədbirlərinin görülməsinin vacibliyinin qeyd edib.

Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Onlayn iclasda komitənin sədr müavini Musa Qasımlı, üzvləri Ülviyyə Ağayeva, Tamam Cəfərova, Etibar Əliyev, Kamilə Əliyeva, Rafael Hüseynov, Anar İsgəndərov, Pərvin Kərimzadə, Eldar Quliyev, Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı, Fatma Yıldırım, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev iştirak ediblər.

Milli Məclis Milli Məclis
Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Milli Məclis Milli Məclis
İTV Yayım Şurasına irəli sürülən namizədlərin siyahısı təsdiqlənib

İTV Yayım Şurasına irəli sürülən namizədlərin siyahısı təsdiqlənib

Milli Məclis Milli Məclis
“2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər layihəsinin MM-də müzakirəyə çıxarılacağı vaxt məlum olub - EKSKLÜZİV

“2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər layihəsinin MM-də müzakirəyə çıxarılacağı vaxt məlum olub - EKSKLÜZİV

Milli Məclis Milli Məclis
Rusiyada Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirlər keçiriləcək

Rusiyada Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirlər keçiriləcək

Milli Məclis Milli Məclis
Siyavuş Novruzov: “Seçkilərə qədər bələdiyyələrlə bağlı fundamental islahat aparılmalıdır”

Siyavuş Novruzov: “Seçkilərə qədər bələdiyyələrlə bağlı fundamental islahat aparılmalıdır”

Milli Məclis Milli Məclis
Milli Məclisdə Şuşadakı aksiya barədə müzakirələr aparılıb: "Onların tələbləri haqlıdır" - YENİLƏNİB

Milli Məclisdə Şuşadakı aksiya barədə müzakirələr aparılıb: "Onların tələbləri haqlıdır" - YENİLƏNİB

Milli Məclis Milli Məclis
Parlamentin sədr müavini: “Sərhəddə baş verən hadisələr böyük dövlətlərin maraqlarının ifadəsidir”

Parlamentin sədr müavini: “Sərhəddə baş verən hadisələr böyük dövlətlərin maraqlarının ifadəsidir”

Milli Məclis Milli Məclis
Sumqayıtda məşqçinin vəhşiliyi nəticəsində uşağın ölməsi məsələsi Milli Məclisdə müzakirə olunub

Sumqayıtda məşqçinin vəhşiliyi nəticəsində uşağın ölməsi məsələsi Milli Məclisdə müzakirə olunub

Milli Məclis Milli Məclis
Komitə sədri: "Vətəndaşın xaricdən gətirdiyi 3-5 qutu dərman satış məqsədi daşımır"

Komitə sədri: "Vətəndaşın xaricdən gətirdiyi 3-5 qutu dərman satış məqsədi daşımır"

Milli Məclis Milli Məclis
Sahibə Qafarova Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri ilə görüşüb

Sahibə Qafarova Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri ilə görüşüb

Milli Məclis Milli Məclis
Deputat: “Sosial şəbəkələrdə İranla bağlı öyrədilmiş qruplar var, dərhal hücuma keçirlər”

Deputat: “Sosial şəbəkələrdə İranla bağlı öyrədilmiş qruplar var, dərhal hücuma keçirlər”

Milli Məclis Milli Məclis
Deputat: "Süni mayalanma əməliyyatları icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilməlidir"

Deputat: "Süni mayalanma əməliyyatları icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilməlidir"