İspaniya paytaxtında fermerlər traktorlarla etiraz aksiyası keçiriblər

İspaniya paytaxtında fermerlər traktorlarla etiraz aksiyası keçiriblər

İspaniyanın paytaxtı Madriddə ispan fermerlərinin böyük etiraz aksiyası başlayıb.

“Birxeber.Az” xarici KİV-ə istinadən xəbər verir ki, aksiyanı təşkil edən dərnək açıqlamasında yeni nümayişin hökumət tərəfindən konkret tədbirlər görülməməsi səbəbindən keçirildiyini bildirib.

Etirazçılar, həmçinin üçüncü ölkələrin haqsız rəqabətinə son qoymağı və fermerlərin maraqlarını nəzərə alan ekoloji siyasətin müdafiəsini tələb edirlər.

Aksiya ilə əlaqədar Madridin mərkəzində nəqliyyatın hərəkəti çətinləşib.

Qeyd edək ki, ispan fermerlərinin ilk nümayişləri fevralın 6-da başlayıb. Etirazçılar Avropanın kənd təsərrüfatı siyasətinə qarşı çıxırlar. Mitinqlər zamanı fermerlər traktorlarla əsas magistrallarda nəqliyyatın hərəkətinə mane olub və bəzi limanlara girişi bağlayıblar.