Salyanda elektriklə balıq ovlayan şəxsi cərəyan vurub

Salyanda elektriklə balıq ovlayan şəxsi cərəyan vurub

Salyanda elektriklə balıq ovlayan şəxsi cərəyan vurub.

"Birxeber.Az"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.

Həmin ərazidən keçən kollektorda elektriklə balıq ovlamaq istəyən Babayev Orxan Baba oğlunu cərəyan vurub.

O, ağır vəziyyətdə Salyan xəstəxanasına yerləşdirilib.