"Qarabağ"ın qapıçısının İngiltərə Premyer Liqasında çıxış etmək imkanı olub

"Qarabağ"ın qapıçısının İngiltərə Premyer Liqasında çıxış etmək imkanı olub

"Qarabağ"ın qapıçısı Andrey Lunyovun İngiltərə Premyer Liqasında çıxış etmək imkanı olub.

"Birxeber.Az"un məlumatına görə, 32 yaşlı qolkiper bu barədə Sergey Tırtışnının yutub kanalına açıqlamasında bildirib.

Rusiyalı oyunçu bu çempionatda mübarizə aparmaq istədiyini də gizlətməyib: "Bayer 04"də olanda bir seçim var idi. Dostum dedi ki, "Nyukasl"a getmək, orada üçüncü və ya dördüncü qapıçı olmaq mümkündür. Mən imtina etdim".

Qeyd edək ki, Andrey Lunyov 2023-cü ilin avqustunda "Qarabağ"a keçib. Onun hazırkı müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub.