"Qarabağ"ın futbolçusu: Tarix yazdıq

"Qarabağ"ın futbolçusu: Tarix yazdıq

"Qarabağ"ın futbolçusu Olavio Juninyo Almaniyada "Bayer 04"ə 2:3 hesabı ilə uduzduqları Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu ilə bağlı paylaşım edib.

"Birxeber.Az"un məlumatına görə, 27 yaşlı hücumçu şəxsi instaqram hesabından fotolar yayımlayıb.

Braziliyalı forvard paylaşımda "tarix yazdıq, bu anı yaşatdığı üçün "Qarabağ"a təşəkkür edirəm" yazıb.

Qeyd edək ki, Bakıda Leverkuzen təmsilçisi ilə heç-heçə edən (2:2) Azərbaycan çempionu turnirdə mübarizəni dayandırıb.