Gəncədə avtomobil təmiri sexləri yanıb - FOTO - YENİLƏNİB
Gəncədə avtomobil təmiri sexində baş verən yanğın söndürülüb.
APA-nın yerli bürosunun məlumatına görə, yanğın zamanı bir neçə sex və bir avtomobil yanıb.
***
22:25
Gəncədə yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Həmin ünvanda yerləşən avtomobil təmiri sexində anidən yanğın baş verib.
Dərhal əraziyə hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub.