Azərbaycan Basketbol Liqası: “Sabah” Cəlilabadda qələbə qazanıb

Azərbaycan Basketbol Liqası: “Sabah” Cəlilabadda qələbə qazanıb

Azərbaycan Basketbol Liqasında XV turun daha bir oyunu keçirilib.

“Birxeber.Az”un məlumatına görə, Cəlilabadda eyniadlı komanda liderlər qrupunda qərarlaşan “Sabah”ı qəbul edib.

Meydan sahibləri güclü rəqibə uzun müddət müqavimət göstərmələrinə baxmayaraq, sonda meydanı məğlub tərk ediblər. 90:76 hesablı qələbə qazanan “Sabah” xallarının sayını 27-yə yüksəldib. “Cəlilabad”ın isə hesabında 20 xal var.

Qeyd edək ki, tura martın 17-də keçiriləcək “Şəki” – “Sumqayıt” oyunu ilə yekun vurulacaq.