Özbəkistanın keçmiş XİN başçısı: Sülh sazişinin komponentlərindən biri də Zəngəzur dəhlizinin açılmasıdır

Özbəkistanın keçmiş XİN başçısı: Sülh sazişinin komponentlərindən biri də Zəngəzur dəhlizinin açılmasıdır

Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimindəki çıxışında Cənubi Qafqazdakı vəziyyət, o cümlədən Ermənistanla münasibətlər barədə çox aydın mesajlar verdi.

Bunu “Report”a açıqlamasında Özbəkistanın keçmiş xarici işlər naziri Vladimir Norov deyib.

Diplomat söyləyib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi nə qədər tez imzalanarsa, o qədər yaxşıdır:

“Sülh sazişinin komponentlərindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bu, xüsusilə rəsmi İrəvan üçün ciddi məsələdir. Zəngəzur dəhlizinin açılması bütün region, o cümlədən Ermənistan üçün qazanclı olacaq. Nəzərə almaq lazımdır ki, Ermənistanın imkanları Azərbaycanın resurslarından daha azdır. Deməli, Zəngəzur dəhlizinin açılması ilə Ermənistan ciddi imkanlar əldə edə bilər”.