Xarkovun məhv edilən rayonundan FOTOREPORTAJ

Xarkovun məhv edilən rayonundan FOTOREPORTAJ

Xarkov vilayətinin Şimalı Saltovka rayonu Ukraynanın Rusiya ilə sərhədinə yaxın ərazidə yerləşir. Rayon hücumlardan xarabalığa çevrilib.

"Report"un Şərqi Avropa bürosu buradan fotoreportaj hazırlayıb.

Şimali Saltovka, yeni salınmış rayon olduğu üçün bütün binalar son 20 ilin tikililəridir. Müharibəyə qədər tək Xarkovda deyil, bütövlükdə vilayətdə təbii gözəlliyi və iqtisadi dinamikliyi ilə seçilib. İndi bundan əsər-əlamət qalmayıb. Rayonun küçələrində olduqca nadir hallarda insanlar gözə dəyir, binalarda demək olar ki yaşayış yoxdur, heç bir iaşə obyektləri işləmir.

Yerli rəsmilərin bildirdiyinə görə, müharibəyə qədər 40 min sakini olan rayonda hazırda ümumilikdə 1000 sakin qalıb. Rayon Xarkov şəhərinin Rusiyanın Belqorod şəhəri ilə sərhəd istiqamətində yerləşir. Bu üzdən müharibənin ilk günlərində Xarkovun mühasirəsi zamanı rayon döyüş meydanı olub. Vilayət Rusiya ordusundan azad olunduqdan sonra da şəhərə intensiv hava zərbələri endirilir.