Mətbuat Şurası “Vesti.az”ı 15 illiyi münasibətilə təbrik edib

Mətbuat Şurası “Vesti.az”ı 15 illiyi münasibətilə təbrik edib

Azərbaycan Mətbuat Şurası “Vesti.az” İnformasiya Agentliyinin yaranmasının 15 illiyi münasibətilə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

"Bu gün “APA Media Group”un tərkibində fəaliyyət göstərən rusdilli “Vesti.az” İnformasiya Agentliyinin yaranmasından 15 il ötür. Ötən müddətdəki fəaliyyəti bu informasiya agentliyinin oturuşmuş, ictimai rəydə özünəməxsus yeri və rolu olan media orqanı obrazını formalaşdırıb, ona populyarlıq qazandırıb.

Vesti.az” yalnız Azərbaycanda deyil, habelə, ölkəmizin hüdudlarından kənarda da populyardır. İnformasiya agentliyinə dünyanın bir çox ölkələrində nəinki Azərbaycanla, ümumən Cənubi Qafqazla bağlı etibarlı informasiya mənbəyi kimi yanaşılır. İnam və etibar qazanmaq isə gərgin əməyin, jurnalist peşəsinə məsuliyyətli yanaşmanın nəticəsidir.

Əminik ki, “Vesti.az”dakı yaradıcı vətənpərvər mühit informasiya agentliyini daha böyük uğurlara daşıyacaq. Ötən 15 il bunun üçün müstəsna təmanatdır. Yubilyar media orqanının rəhbərliyini və əməksevər kollektivini təbrik edir, bu kollektivin hər bir üzvünə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq".