KİV: Konqoda üsyançılar strateji metalların ixracı ilə hədələyirlər

KİV: Konqoda üsyançılar strateji metalların ixracı ilə hədələyirlər

Üsyançı qruplar Konqo Demokratik Respublikasının şərqində ticarət yollarını bağlayır, qlobal iqtisadiyyat üçün strateji əhəmiyyət kəsb edən metalların ixracını təhdid edir.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentlik qeyd edib ki, 2023-cü ildə Şimali Kivu əyalətindən elektronika və müdafiə sənayesində istifadə edilən tantal ixracı illik müqayisədə 59% azalıb. “23 Mart Hərəkatı”nın üsyançıları ölkənin şərqindəki ən mühüm ticarət yollarının keçdiyi Qoma şəhərinə yaxınlaşdıqca vəziyyət son aylarda daha da pisləşib.

Eyni zamanda, mədən ərazilərinə nəzarət edən üsyançı qrupların özləri dünya bazarında yüksək tələbat olan xammalın Konqodan qeyri-qanuni ixracı ilə məşğuldurlar. ABŞ-nin Geologiya Xidmətinin hesablamalarına görə, Konqo və Ruanda 2023-cü ildə dünyanın ən böyük iki tantal tədarükçüsü olub. 2022-ci ildə Şimali Kivu əyaləti Konqonun tantal ixracının yarısını təşkil edirdi.