İsrail sərhəd bölgələrinin atəşə tutulmasına cavab olaraq Livana zərbələr endirib

İsrail sərhəd bölgələrinin atəşə tutulmasına cavab olaraq Livana zərbələr endirib

İsrail ordusu son saatlar Livandan bir neçə hücum qeydə alıb və buna cavab olaraq “Hizbullah”ın həmin ölkənin ərazisindəki hədəflərinə hava zərbələri endirilib.

"Birxeber.Az"un məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, Ştula və Zarit yaşayış məntəqələrinin ətrafı, həmçinin İsrailin şimalındakı Har-Dov dağı atəşə tutulub. Bundan sonra İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları “Hizbullah”ın Livanın cənubundakı Hula kəndi yaxınlığındakı obyektinə və Marvahina bölgəsindəki müşahidə məntəqəsinə hücum edib.

Eyni zamanda İsrail artilleriyası “birbaşa təhlükəni aradan qaldırmaq üçün” Livanın cənubundakı Vadi Hamul istiqamətində yenidən atəş açıb. Bundan əlavə, gün ərzində “Hizbullah”ın Kfar-Killa və Labune yaşayış məntəqələri ərazisindəki infrastrukturuna zərbələr endirilib.